"Qarabağ" daha yaxşı oynadı, amma stadiondakı atmosfer böyük rol oynadı" - ÇSKA-da oynamış bolqar

14:34 - 2 Avqust 2026

"Mənə görə, “Qarabağ” ÇSKA-dan daha yaxşı oynadı. Onların bir neçə qol epizodu da oldu. Lakin ÇSKA müdafiədə yaxşı idi, etibarlı oynadı və “Qarabağ”a zona vermədi, hücumların əksəriyyətini dəf etməyi bacardı".

Bu sözləri Sportal.az saytına açıqlamasında uzun illər Azərbaycanda legioner həyatı yaşamış, “İnter”in(2008-2013, indiki “Şamaxı”) keçmiş futbolçusu Petar Zlatinov deyib.

ÇSKA-nın yetirməsi olmuş Petarın fikrincə, penalti seriyası öncəsində publika yerli komandaya yaxşı dəstək nümayiş etdirib:

"ÇSKA iki oyunda da qol buraxmadı və oyunu penaltilərə apardı. Penaltilər seriyasında stadiondakı atmosfer, ÇSKA-nın qələbəsində çox böyük rol oynadı. Amma təbii ki, “Qarabağ”ın yaxşı və möhkəm oyun sərgilədiyi fikrində qalıram. Düşünürəm ki, əgər belə oynamağa davam etsələr və daha şanslı olsalar, avrokuboklarda irəliləyə biləcəklər".

Mirbağırağa

Xəbər xətti