Azərbaycanlı futbolçu yeni komandasında ilk qolunu vurdu

16:22 - 2 Avqust 2026

Azərbaycan millisinin üzvü Rüfət Abdullazadə "Kiryat Şimona" klubunda ilk qolunu vurub.

Sportal.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Toto kubokunun qrup mərhələsinin 3-cü turunda “İroni Tiberiyas”la görüşdə fərqlənib.

Rüfət matçın 61-ci dəqiqəsində oyunda yeganə qolu vuraraq komandasına qələbə qazandırıb.

Millimizin üzvü 84-cü dəqiqəsində əvəzlənib.

Xəbər xətti