"Napoli"nin vingeri karyerasını Bundesliqada davam etdirəcək

20:58 - 2 Avqust 2026

Jesper Lindstrom icarə əsasında "Şalke"yə keçir.

Sportal.az xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, tərəflər transferlə bağlı tam razılığa gəliblər və 26 yaşlı danimarkalı futbolçu bu gün tibbi müayinədən keçir.

Razılaşmaya əsasən, müqaviləyə 5 milyon avro məbləğində satınalma hüququ daxildir. Bundan əlavə, "Napoli" “Şalke”nin Bundesliqada qalacağı və Lindstromun keçirəcəyi oyunların sayından asılı olaraq bonus ödənişləri alacaq.

Lindstrom ötən mövsümü icarə əsasında "Volfsburq"da keçirib. O, Bundesliqada 13 oyuna çıxsa da, məhsuldar ötürmə və ya qol ilə yadda qalmayıb.

Xəbər xətti