"Qalatasaray" Portuqaliya millisinin üzvünü transfer etmək istəyir

13:56 - 9 Avqust 2026

"Vilyarreal"ın müdafiəçisi Renato Veyqa karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Qalatasaray" portuqaliyalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə "Milliyet" nəşri məlumat yayıb.

Türkiyə çempionu Veyqanı icarəyə götürmək istəyir. İstanbul nəhəngi bunun üçün İspaniya klubuna 4 milyon avroluq təklif göndərib.

Qeyd edək ki, "Vilyarreal" Renato Veyqanı 2025-ci ilin yayında "Çelsi"dən transfer edib. Portuqaliya millisinin üzvü olan 23 yaşlı mərkəz müdafiəçisi La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti