Arda üçün 115 milyon avroluq təklif

14:19 - 9 Avqust 2026

"Real"ın yarımmüdafiəçisi Arda Güler karyerasını Fransada davam etdirə bilər.

Sportal.az xəbər verir ki, PSJ türkiyəli futbolçunu transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

Liqa 1 nəhəngi 20 yaşlı hücumameyilli yarımmüdafiəçisi üçün 115 milyon avroluq təklif göndərib. İspaniya klubu hələ ki cavab verməyib.

Qeyd edək ki, "Real" Arda Güleri 2023-cü ilin yayında "Fənərbaxça"dan 20 milyon avroya transfer edib. Türkiyə millisinin üzvü 2025/26 mövsümündə Madrid təmsilçisinin heyətində meydana çıxdığı 51 rəsmi matçda 6 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti