Azərbaycan millisi Rumıniyanı məğlub etdi

21:29 - 24 Avqust 2026

Bakıda qadın voleybolçular arasında Avropa çempionatının C qrupunda mübarizə davam edir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandası qrup mərhələsində üçüncü oyununu Rumıniyaya qarşı keçirib. 

Gərgin mübarizə şəraitində keçən qarşılaşmada millimiz rəqibini 3:2 hesabı ilə məğlub edib.

Azərbaycan – Rumıniya – 3:2 (25:21, 25:23, 15:25, 22:25, 15:8)

Beləliklə, Azərbaycan millisi C qrupunda keçirdiyi hər üç oyunda qələbə qazanıb. Komandamız daha əvvəl Portuqaliyanı 3:1, İspaniyanı isə 3:0 hesabı ilə məğlub edib.

Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv növbəti oyunlarını avqustun 26-da Belçikaya, avqustun 28-də isə Niderlanda qarşı keçirəcəklər.
 

Xəbər xətti