"Milan" Premyer Liqa klubundan yarımmüdafiəçini transfer etdi

23:48 - 31 Avqust 2026

“Nottingem Forest”in hücumameyilli yarımmüdafiəçisi Omari Hatçinson “Milan”a keçib.

Sportal.az xəbər verir ki, İtaliya klubu 22 yaşlı vingeri satınalma hüququ ilə icarəyə götürüb. Futbolçu yeni komandasında 20 nömrəli formanı geyinəcək.

“Milan” Hatçinsonun icarəsi üçün 3,5 milyon avro, əlavə olaraq isə 500 min avro bonus ödəyəcək. Futbolçunun transfer hüquqlarını tam əldə etmək üçün isə 40 milyon avrodan çox məbləğ ödənilməlidir.

Qeyd edək ki, Omari ötən mövsüm Premyer Liqada keçirdiyi 31 matçda 1 qol vurub və 5 məhsuldar ötürmə edib.

Xəbər xətti