Bu gün futbol üzrə Azərbaycan II Liqasında 2026/27 mövsümünə start veriləcək.
Sportal.az xəbər verir ki, ilk oyun günündə 3 matç keçiriləcək.
"Şəki" "Ağdaş"ı qəbul edəcək.
"Qaradağ Lökbatan" "Hypers"i, "Şirvan" "Kür-Araz"ı sınağa çəkəcək.
II Liqa, I tur
1 sentyabr
16:00. “Şəki” – “Ağdaş”
Hakimlər: Samir Musayev, Ağadur Mahmudov, Elvin Mədətov, Elçin Abdullayev.
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
17:00. “Qaradağ Lökbatan” – “Hypers”
Hakimlər: Nahid Xasıyev, Rizvan Süleymanov, Təhmin Cəlilbəyli, Nəriman Ağayev.
Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu
17:00. “Şirvan” – “Kür-Araz”
Hakimlər: Kamil Aydınov, Ruslan Məmmədov, Samir Cabbarov, Sənan Bayramzadə.
Şirvan. Olimpiya İdman Kompleksinin stadionu
