"Şalke" "Bavariya"nın 9 illik seriyasına son qoydu

00:41 - 6 Sentyabr 2026

“Şalke” Bundesliqanın 2-ci turunda doğma meydanında “Bavariya” ilə 0:0 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, Gelsenkirxen klubu münhenlilərə qarşı təxminən 9 il davam edən məğlubiyyət seriyasına son qoyub. Bu matçadək “Şalke” sonuncu dəfə 2017-ci ilin fevralında “Bavariya”ya uduzmamışdı. Həmin qarşılaşma 1:1 hesabı ilə başa çatmış, qolları Robert Levandovski və Naldo vurmuşdu.

Bu müddət ərzində “Şalke” bütün turnirlərdə “Bavariya”ya qarşı 12 məğlubiyyət alıb və bu oyunlarda ümumi hesab 2:42 olub.

Xəbər xətti