"Barselona" və "Liverpul"un sabiq futbolçusu Neymarla eyni komandada

00:38 - 11 Sentyabr 2026

Filipppe Koutinyo karyerasını “Santos”da davam etdirəcək.

Sportal.az xəbər verir ki, “Barselona” və “Liverpul”un sabiq yarımmüdafiəçisi Neymarın çıxış etdiyi klubla ilin sonuna qədər müqavilə imzalayacaq. Koutinyo sabah tibbi müayinədən keçəcək.

Qeyd edək ki, 34 yaşlı braziliyalı “Vasko da Qama”dan ayrıldıqdan sonra azad agent statusundadır.

Xəbər xətti