Bu gün "Sabah" UEFA Çempionlar Liqasının liqa mərhələsində debüt edib. Azərbaycan çempionu "Mançester Yunayted"in qonağı olub. Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv 0:4 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas matç haqda fikirlərini bildiirib:
“Əlbəttə, komandamla fəxr edirəm. Bu səviyyədə debütümüz idi və bəlkə də daxilən bir qədər daha artığını gözləyirdik. Ona görə də qolları necə buraxdığımız bir qədər məyusedici oldu, xüsusilə də ilk hissənin sonlarında buraxdığımız iki qol. Bu, müəyyən qədər təcrübəsizlikdən irəli gəlirdi. Topa sahib olmaq və oyuna nəzarət etmək imkanımız yarananda bunu etməyə çalışırdıq. Əlbəttə, “Mnçester Yunayted” bir çox məqamda öz oyununu bizə qəbul etdirirdi, amma düşünürəm ki, bizim də qol epizodlarımız oldu.
Bəzən hücum xəttimizlə müdafiəmiz arasındakı məsafə həddindən artıq böyük olurdu. Topu itirəndə bəzən öz düzülüşümüzə qayıtmağa belə macal tapmırdıq. Belə olduğu halda onlar bizi dəfələrlə keçə bilərdilər. Üç ildən sonra Çempionlar Liqasına qayıdıb qələbə qazanmaq böyük nəticədir. Onları təbrik edirəm”.
saytlarin hazirlanmasi
