"Marsel" azarkeşləri "Beşiktaş"la matça buraxılmayacaq

22:04 - 16 Sentyabr 2026

“Marsel” azarkeşləri Avropa Liqasının “Beşiktaş”la matçında stadiona buraxılmayacaq.

Sportal.az xəbər verir ki, komandalar turnirin Liqa mərhələsinin 1-ci turunda sabah İstanbulda qarşılaşacaqlar. Bu qərar təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirən Türkiyə hakimiyyətinin tətbiq etdiyi tədbirlərlə bağlı deyil.

UEFA qonaq azarkeşlər üçün nəzərdə tutulan sektoru bağlayıb. Bu qərar “Marsel”in 2025/26 mövsümündə Çempionlar Liqasının Liqa mərhələsində “Brügge”yə 0:3 hesabı ilə uduzduğu 26 yanvar tarixli oyundan sonra tətbiq edilən sanksiyalarla əlaqədardır.

Xəbər xətti