"Ukrayna yığması daha güclü və daha nüfuzludur" - Azərbaycan millisində oynamaq istəməyən həmyerlimiz

10:22 - 17 Sentyabr 2026

Ukraynanın “Xarkov” klubunun üzvü Ramik Hacıyev Azərbaycan millisində oynamaq imkanından imtina etməsi haqda danışıb.

Sportal.az xəbər verir ki, o, “UA-Football”a müsahibəsində məsələ haqda bu cür danışıb.

- Ukraynada oynamaq istədiyin üçün bir vaxtlar Azərbaycan millisində oynamaq imkanından imtina etmisən. Bu qərar haqda indiki mövqeyin necədir?

U-19 komandasında oynayanda Azərbaycan millisindən mənə dəvət gəlmişdi. Mən də onlardan imtina etmişdim. Çünki bilirdim ki, Ukrayna millisi Azərbaycan millisindən daha yaxşı və daha nüfuzludur. Burada hər şeyi bəyənirəm. Mən U-19 komandasının üzvü idim və heç nəyi dəyişmək istəmirdim. Ukrayna mənim ikinci evimdir. Bu ölkəni çox sevirəm və bütün ukraynalılara hörmət edirəm.

- Siz Bakıda anadan olmusunuz və Azərbaycanla bağlılığınız var. Azərbaycana səfər edirsiniz? Qohumlarınızla əlaqə saxlayırsınız?

Çox qısa yay tətilim olduğu üçün təxminən doqquz ildir ki, ora getməmişəm. Valideynlərim və kiçik qardaşım yayın sonunda, çempionatım başlayanda ora səyahət edirlər. Amma təbii ki, hamı ilə vatzap vasitəsilə əlaqə saxlayıram. Onlar istənilən vaxt mənə mesaj yaza bilərlər.
 

Xəbər xətti