Bekhem Messi haqda: "Bekhem Messi haqda: “Hələ də onun bizim komandada oynadığına inana bilmirəm"

10:48 - 17 Sentyabr 2026

“İnter Mayami”nin həmtəsisçisi Devid Bekhem “Kruz Azul” üzərində 2:0 hesablı qələbəsindən sonra komandanın kapitanı Lionel Messinin bu ilki "Qızıl top" mükafatına layiq olduğunu bildirib. 

Sportal.az MLS-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Bekhem Messi barədə bunları deyib:

"Hələ də onun Mayamidə, bizim komandada oynadığına inana bilmirəm. Buna görə də hər gün məşqə gəlirəm və onu izləyirəm. Hər fürsətdə gəlib onu izləyirəm, çünki açığı, hamımız Leonun əbədi oynamasını görmək istəyirik. Bilirsiniz, onun bu günkü kimi hərəkətlərini, onun keçirdiyi Dünya Kubokunu görəndə, bir səbəbdən yenidən "Qızıl top" mükafatına namizəd olduğu aydınlaşır. Bu, təsadüf deyildi. O, yəqin ki, turnirin ən yaxşı oyunçusu idi. Keçən il inanılmaz bir mövsüm keçirdi, sonra isə Dünya Kubokuna gəldi və dediyiniz kimi, 39 yaşında hər matça təsir göstərə bildi. Bu, xüsusi nailiyyətdir. 39 yaşında başqa heç kim belə bir şey etmir və ya bu səviyyədə oynamır. Buna görə də o, "Qızıl top" mükafatına namizəd olmağa layiqdir. Fikrimcə, o, mükafatı qazanmalıdır. Əlbəttə ki, Harri Keyn, Kilian Mbappe, Cud Bellinqem və başqaları kimi əla oyunçular var, amma Leo..".

Qeyd edək ki, “France Football” jurnalının təsis etdiyi “Qızıl top” mükafatının mükafatlandırma mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.

Xəbər xətti