Azərbaycanlı FİFA referisi Yunanıstanın oyununda

10:53 - 30 Sentyabr 2026

Azərbaycanlı hakimlər növbəti beynəlxalq təyinat alıb.

Sportal.az xəbər verir ki, FİFA referisi Tural Qurbanov Yunanıstan (U-21) – Latviya (U-21) görüşünü idarə edəcək.

Ona Cəmil Quliyev və Asiman Əzizli kömək edəcək.

Qarşılaşma oktyabrın 1-də baş tutacaq və oyuna Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.

Xəbər xətti