Şotlandiya U-21 millisinin baş məşqçisi Entoni Doherti UEFA AVRO-2027-nin seçmə mərhələsinin B qrupunun 9-cu turunun Kilmarnokda Azərbaycana qarşı keçirəcəyi oyun barədə danışıb.
Sportal.az “The Scotsman”a istinadən xəbər verir ki, yığmanın çalışdırıcısı görüş haqda bunları deyib:
“Cəmi iki oyun qalıb. Növbəti mərhələyə keçmək üçün kiçik də olsa şansımız var. Aydındır ki, bu iki oyunda qalib gəlməli və Çexiyanın məğlub olacağına ümid etməliyik. Buna görə də onları qazanmaq üçün çox çalışacağıq. Bundan əlavə, nəticə növbəti mövsüm püşkatma baxımından mövqeyimizə təsir edə bilər”.
Qeyd edək ki, Şotlandiya - Azərbaycan matçı bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
saytlarin hazirlanmasi
