"Arsenal"ın sabiq futbolçusu Yunanıstan klubunda

20:40 - 30 Sentyabr 2026

"Arsenal"ın sabiq futbolçusu Məhəmməd Elneninin yeni klubu məlum olub.

Sportal.az xəbər verir ki, misirli yarımmüdafiəçi karyerasını Yunanıstanda davam etdirəcək.

Elneni "Levadiakos"la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 34 yaşlı dayaq yarımmüdafiəçisi ilə 2026/27 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Avropada "Bazel", "Arsenal" və "Beşiktaş"da çıxış etmiş Məhəmməd Elneninin son klubu Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Cəzirə" klubu olub.

Xəbər xətti