18 yaşlı vinger "Bavariya"nın hədəfində

15:55 - 10 Noyabr 2026

"Bavariya" növbəti mövsüm üçün hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisi "Portu"da çıxış edən Oskar Petuşevskini transfer etmək istəyir. Bu barədə "Sky Sports" nəşri məlumat yayıb.

"Bavariya" polşalı vingeri Luis Diasın uzunmüddətli davamçısı kimi düşünür. 18 yaşlı futbolçunun Portuqaliya klubu ilə müqaviləsində 60 milyon avroluq sərbəstqalma məbləği yer alıb. Münhen təmsilçisi bu məbləği ödəməyə hazırdır.

Qeyd edək ki, "Portu" Oskar Petuşevskini bu ilin yanvarında "Yaqelloniya"dan 8,6 milyon avroya transfer edib. Polşa millisinin üzvü cari mövsümdə "əjdahalar"ın heyətində meydana çıxdığı 4 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti