"Qalatasaray" - "Fənərbağça" keçiriləcəyi məkan məlum oldu

10:37 - 13 İyul 2013

Əzəli rəqiblər Kayseridə üz-üzə gələcək
 
Türkiyə Superkubokunun keçiriləcəyi məkan məlum olub.
 
Sportal.az xəbər verir ki,  “Qalatasaray” - “Fənərbağça” qarşılaşması ölkə xaricində baş tutmayacaq.
 
Əzəli və əbədi klubların dueli Kayserinin “Kadir Has” stadionunda keçirilcək. 
 
Qeyd edək ki, avqustun 11-də baş tutacaq oyunun başlama saatı açıqlanmayıb. 

Xəbər xətti