"Beylin "Real"a keçidi mənim "Barselona"ya transferimi xatırladır"

Zlatan İbrahimoviç: "Heç bir futbolçu 100 milyon avroya dəyməz"
 
PSJ-nin hücumçusu Zlatan İbrahimoviç uzun müddətdi gündəmi zəbt edən Qaret Beylin transferi barədə fikirlərini dilə gətirib.
 
Sportal.az xəbər verir ki, təcrübəli oyunçu açıqlamasında heç bir futbolçunun 100 milyon avroya dəymədiyini deyib:
 
“Məncə, heç bir futbolçu 100 milyon avroya dəyməz. Beyl böyük təzyiq altında qalacaq və bunun öhdəsindən gəlməyi bacarmalıdı. 
 
Mən bilirəm ki, hətta “Real” azarkeşləri o vaxt Zinəddin Zidanı da fitə basmışdılar. Əgər onlar futbol tarixinin ən dahi oyunçusu -Zidana belə davranıblarsa, Beyl gərək səbrli və təmkinli olsun. 
 
“Barselona”ya keçməyi arzulayanda belə qənaətə gəldim ki, insanın istəyi hər zaman reallaşmır. Beylin “Real”a keçidi mənim “Barselona”ya transferimi xatırladır. 
 
İngiltərə çempionatına gedə bilərəmmi? Düşünürəm ki, yaşım ötüb, artıq 30 yaşım var və PSJ-də gözəl günlər keçirirəm. Paris klubunda böyük öhdəliyim var. Ona görə də hələ ki, heç bir transferdən söhbət gedə bilməz”. 
Tarix: 12 Sentyabr [13:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 İyul 2020
14  İyul 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio