Daha bir klubumuzun hazırlıq planı məlum olub

00:18 - 14 Dekabr 2013

"Rəvan" da Antalyaya gedir
 
“Rəvan” klubunun qış fasiləsi üçün hazırlıq planı müəyyənləşib. 
 
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi yanvarın 5-də bir araya gələcək. Yanvarın 12-dək Bakıda hazırlıq keçəcək komanda təlim-məşq toplanışının əsas hissəsini əksər klublarımız kimi Türkiyənin Antalya şəhərində reallaşdıracaq. Ayın 14-də qardaş ölkəyə üz tutacaq “Rəvan” 12 gün sonra vətənə dönəcək. Qeyd edək ki, “Rəvan” toplanış dönəmində 4 yoxlama matçı keçirməyi planlaşdırır. 

Xəbər xətti