Orxan Sadıqlı: "Heç bir sosial şəbəkədən istifadə etmirəm"

21:48 - 20 Fevral 2014

"Mən bu xəbəri ilk dəfə sizdən eşitdim"
 
Bu gün "Xəzər Lənkəran"ın gənc qapıçısı Orxan Sadıqlının sosial şəbəkələrinin birində azarkeşlərdən narazılıq etdiyinə dair xəbərlər yayıldı.
 
Məsələni aydınlaşdırmaq üçün gənc qolkiperlə əlaqə saxladıq. O, Sportal.az-a açıqlamasında bunları dilə gətirib:
 
"Mən bu xəbəri ilk dəfə sizdən eşitdim və xeyli təəccübləndim. Çünki uzun müddətdir ki, mən heç bir sosial şəbəkədən istifadə etmirəm. Ola bilər kimsə mənim adımdan hesab açıb nələrsə yazsın. Həmin insandan da xahiş edirəm ki, o, hesabı bağlasın. İsətmirəm ki, bu məsələ əlavə problemlər yaratsın. Yazılanların heç birini mən yazmamışam, bu informasiyaların hamısı yalandır".

Xəbər xətti