TİM Gəncə filialının məşqçi müəllimləri qapıçılarla məşqləri davam etdirir VİDEO+FOTO

14:35 - 11 Oktyabr 2014

Gəncədə qapıçı təlimləri

 

Daha öncədə xəbər verdiyimiz kimi məşğələləri "Kəpəz" futbol klubunun təcrübəli qapıçıları Xəyal Zeynalov və Tariyel Hüseynov aparır. Təhsil Respublika İdman Mərkəzinin Gəncə Filialının məşqçi müəllimləri təlimə 20-yə yaxın yeniyetmə qapıçı dəvət edib. Məşqçilər növbəti təlimi Təhsil Respublika İdman Mərkəzinin Gəncə Filialınln inzibati binasında keçirib.

 

Sportal.az-a açıqlamasında millimizin də sabiq qapıçısı olan Xəyal Zeynalov bunları deyib: 

 

“Həftədə bir dəfə seminar təşkil olunur.  Burda da idmançılara psixoloji məşqlər keçirik. Eyni zamanda video çarxlar nümayiş olunur və qapıçınınəsas vəzifələri izah olunur. TİM-in Gəncə filialının futbol bölməsinin baş məşqçisi, 19 yaşlı futbolçulardan ibarət milli komandanın məşqçisi Etibar İbrahimov da öz növbəsində futbolçulara lazımı məsləhətlərini verib. Onu da qeyd edim ki, qapıçılarla məşq həftədə 4 dəfə keçirilir. Onlardan üçü meydançada biri isə inzibati binada seminar formasında aparılır”

 

 

Xəbər xətti