Millimizin rəqibində ciddi itki, komandadan ayrı düşdü

16:10 - 15 Noyabr 2014

Hücumçu sıradan çıxdı

 

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycanın da rəqibi olan İtaliya millisinin heyətində ciddi itki baş verib.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Liverpul"un da şərəfini qoruyan Mario Balotelli məşq əsnasında zədə alıb. Qarşıdakı Xorvatiya və Albaniya ilə oyunları buraxmalı olacaq.

 

Qeyd edək ki, zədəsi çox da ciddi olmayan Balotellini baş məşqçi risk etməyərək qarşıdakı matşlarda oynatmayacağı gözlənilir.

Xəbər xətti