Xavi: "Ronaldo "qızıl top"a layiq deyil"

15:00 - 25 Dekabr 2014

Futbolçudan maraqlı açıqlama

 

"Barselona"nın təcrübəli yarımmüdafiəçisi Xavi 2014-cü ildə "qızıl top"a namizədlər arasında Kriştiano Ronaldonun mükafata layiq olmadığını dilə gətirib.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, Xavi açıqlamasında bunları qeyd edib:

 

"Dünya Çempionatı keçirilən ildə, hımin turnirin ən yaxşıları "qızıl top"a namizədlər arasında olmalı idi. Ronaldo həmin turnirdə heçnə ilə yadda qalmayıb. Ona görə də, bu il mükafata layiq deyil. Fikrimcə, bu il 3 namizəd arasında Messi, Maskerano və Lamın yer almalı idi."

Xəbər xətti