Stanislav Namaşko: "Özümü təhlükəsizlikdə hiss edirəm"

18:52 - 6 Aprel 2016

"Avrokuboklara vəsiqə qazanmaq yaxşı olardı"
 
AZAL-ın moldovalı qapıçısı Stanislav Namaşko ölkəsinin mətbuatına açıqlama verib.
 
Sportal.az xəbər verir ki, qolkiper Qarabağda son günlərdə gedən döyüşlərin Azərbaycanın futbol həyatına təsirindən də danışıb:
 
"Mən siyasi məsələlərdən danışmaq istəməzdim. Döyüşlər Bakıda yox, başqa yerlərdə gedir. Bakıda isə heç bir problem hiss olunmur. Şəxsən mən özümü təhlükəsizlikdə hiss edirəm. Bizi futboldan uzaqlaşdıra biləcək hansısa vəziyyət yoxdu".
 
Namaşko AZAL-ın çempionatdakı hədəfləri haqda da fikrini bildirib:
 
"Hələ ki, qarşımızda avrokuboklara vəsiqəylə bağlı hədəf yoxdu. Əlbəttə, avrokuboklara vəsiqə qazanmaq yaxşı olardı. Biz indi yaxşı oyun sərgiləyirik. Təbii ki, avrokuboklardan heç birimiz imtina etmək istəmirik. Amma bizim qarşımıza "Qarabağ" və "Qəbələ"də olduğu kimi yüksək hədəflər qoyulmayıb".

Xəbər xətti