Arda Turan zədələndi

01:11 - 11 Fevral 2017

Barselona”nın futbolçusu Arda Turan növbəti dəfə zədələnib.

 

Sportal.az xəbər verir ki, Türkiyə millisinin üzvü Katoloniya təmsilçisinin bu gün baş tutan məşqində zədə alıb. Aldığı zədəyə görə məşqi yarımçıq tərk edən futbolçunun durumunun ciddi olduğu üzə çıxıb.

 

Arda bu zədəyə görə, La Liqanın XXII turunda səfərdə “Alavas”ə qarşı keçiriləcək matçda komandasına kömək edə bilməyəcək. Baş məşqçi Luis Enrike türk futbolçunun əvəzinə Karles Alenanı əsas komandaya cəlb edib.

 

Arda ilə yanaşı Xavier Maskerano, Xerar Pike və Rafinya da zədə səbəbindən “Alaves”lə matçda iştirak edə bilməyəcəklər.

 

Qeyd edək ki, “Alaves” – “Barselona” matçı sabah keçiriləcək.

Xəbər xətti