"Kəpəz" "Keşlə" ilə oyunun hazırlığını tamamladı

Topaz Premyer Liqasının XXII turunda “Keşlə” ilə qarşılaşacaq “Kəpəz” bu gün keçirdiyi məşqlə oyunun hazırlığını tamamlayıb.

 

Sportal.az xəbər verir ki, doğma divarlar arasında keçiriləcək görüş öncəsi son məşqdə futbolçuların yaxşı əhval-ruhiyyədə olması müşahidə olunub. Onu da deyək ki, çalışmalardan əvvəl bu gün 29 yaşını qeyd edən Şəhriyar Rəhimovu komanda üzvləri adından təbrik edən baş məşqçi Yunis Hüseynov ona uğurlar arzulayıb. Kapitanın doğum gününə ən böyük hədiyyənin qələbə olacağı vurğulanıb.

 

Bakı klubuna qarşı oyunda “sarı-göylər”in iki oyunçusu iştirak etməyəcək. Dedimar Ferreyra zədəli olduğundan, Giuli Manjqaladze isə sarı vərəqə limitini doldurduğundan matçda forma geyinə bilməyəcək. Ötən tur “Zirə” ilə ev oyununda zədələnən Şəhriyar Əliyevin durumu yaxşıdır.

Tarix: 6 Aprel [16:43]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
2 İyun 2020
1  İyun 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio