"Sportinq"in baş məşqçisi: "Qarabağ" xoş sözlərə layiqdir"

18:49 - 19 Sentyabr 2018

"Sportinq" ötən mövsüm Avropa Liqasında uğurlu çıxış edib. Komanda "Atletiko"ya uduzaraq, mübarizəni dayandırdı. Bu, onu göstərir ki, biz yenə yaxşı işlər görə bilərik".

 

Sportal.az xəbər verir ki, bu sözləri sabah Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la qarşılaşacaq Portuqaliyanın "Sportinq" klubunun baş məşqçisi Joze Pezeiru deyib. 58 yaşlı çalışdırıcı komandasının "Qarabağ"a qarşı diqqətli olmalarını bildirib:

 

"Diqqətli olmalıyıq, çətin oyun olacaq. "Qarabağ"dan daha çox qol vurmalıyıq. Rəqibimiz xoş sözlərə layiqdir. Bu komanda ölkəsində son 5 mövsümün qalibidir. Meydanda topla oynamağı sevən və döyüşkən komandaya qarşı mübarizə aparacağıq. Onlar ötən il "Sportinq"i Avropa Liqasından kənarlaşdıran "Atletiko" ilə hər iki görüşdə bərabərə qalıblar. Rəqibimizi yaxşı tanıyırıq və oyunda bizi nə gözlədiyini bilirik. Bizim öz planımız, strategiyamız var. "Qarabağ"la bağlı çox şey araşdırmaq lazımdır".

 

Portuqaliyalı mütəxəssis hollandiyalı hücumçu Bas Dostun zədəsi ilə bağlı danışıb:

 

"Bas Dost zədəlidir və bizə kömək etməyəcək. O, vacib futbolçudur. Amma biz bununla barışmaq məcburiyyətindəyik. Diabi onun mövqeyində oynasa da, özəlliklər fərqlidir. O, Bas Dost kimi xüsusiyyətlərə malik deyil. Onun başqa müsbət məqamaları var. Hansı hücumçunu meydana buraxacağımı qərar verməmişəm".

Xəbər xətti