UEFA Avropa Liqasında Azərbaycanın yeganə təmsilçisi olan "Qarabağ" bu gün qrup mərhələsində ilk oyununu keçirəcək.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi Portuqaliyada "Sportinq"in qonağı olacaq.
Lissabonun "Joze Alvalade” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq.
E qrupunun digər oyununda "Arsenal" evdə "Vorskla"nı sınağa çəkəcək.
20 sentyabr
Avropa Liqasının qrup mərhələsi, E qrupu
23:00 "Sporting" - "Qarabağ" - 2:0
Qollar: Rafinya, 54, Covani Kabral, 88
Baş hakim: Fransua Letexye
Yan xətt hakimləri: Kril Münye, Mehdi Rahmuni
Köməkçi hakimlər: Frank Şneyder, Kərim Abed
Dördüncü hakim: Bertrand Yonnaud (hamısı Fransa)
Hakim-inspektor: Elmir Pilav (Bosniya və Herseqovina)
UEFA nümayəndəsi: Patrik Filipek (Çexiya)
Lissabon. Estádio José Alvalade.
saytlarin hazirlanmasi