"InStat” şirkəti Topaz Premyer Liqasında dördüncü turun rəmzi komandasını açıqlayıb.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, rəmzi 11-likdə "Neftçi"dən 7, "Qəbələ"dən 2, "Zirə" və "Sabah"dan isə 1 futbolçu yer alıb.
Qapıçı: Səlahət Ağayev ("Neftçi")
Müdafiəçilər: Məhəmməd Mirzəbəyov, Anton Krivotsyuk, Kiril Petrov (hamısı "Neftçi"), İlqar Qurbaov ("Qəbələ")
Yarımmüdafiəçilər: Baqali Dabo ("Neftçi"), Budaq Nəsirov ("Zirə"), Sabien Lilay ("Qəbələ"), Dario Federiko ("Neftçi")
Hücumçular: Marko Deviç ("Sabah"), Kvame Karikari ("Neftçi").