Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Sportinq"lə səfər oyununda zədə alan "Qarabağ"ın müdafiəçisi Maksim Medvedevin durumuna aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, Ağdam klubunun vitse-kapitanı ötən gün tibbi müayinədən keçib. 28 yaşlı futbolçunun zədəsinin ciddi olmadığı məlum olub. Medvedev 3 gündən sonra məşqlərə başlayacaq.
Maksim Topaz Premyer Liqasının V turunda "Qəbələ" ilə qarşılaşmada komandasına kömək edə bilməyəcək.
saytlarin hazirlanmasi