Topaz Premyer Liqasında 5-ci turun rəmzi komandası açıqlanıb.
Sportal.az xəbər verir ki, “İnStat” şirkətinin təhlilinə əsasən, Topaz Premyer Liqasının 5-ci turunun rəmzi komandası aşağıdakı kimidi:
Qapıçı: Saşa Stamenkoviç (“Sabah”);
Müdafiəçilər: Şəhriyar Rəhimov (“Səbail”), Anton Krivotsyuk (“Neftçi”) - 3, Yakub Jezniçak ("Qarabağ”) - 2, Abbas Hüseynov ("Qarabağ") – 2;
Yarımmüdafiəçilər: Abdulla Zubir (“Qarabağ”), Miçel (“Qarabağ”), Rahid Əmirquliyev (“Səbail”), Djon Delarj (“Qarabağ”);
Hücumçular: Mirabdulla Abbasov ("Neftçi") - 2, Araz Abdullayev (“Qarabağ”).
Qeyd: Futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.