Emeqara: "Bizim oyun təqvimimiz daha çətindir" MÜSAHİBƏ

22:52 - 26 Sentyabr 2018

Topaz Premyer Liqasının 1-ci turundan təxirə salınmış matçda "Qarabağ" evdə "Zirə"yə 3-2 hesabı ilə qalib gələrək, turnir cədvəlinin liderliyinə yüksəldi.

 

Sportal.az xəbər verir ki, oyunda dubla imza atan Ağdam klubunun isveçrəli forvardı öncə matçla bağlı fikirlərini bölüşüb:

 

- Çalışırıq ki, bütün oyunlarda qalib gələk. Əgər mən hücumçuyamsa, təbii ki, işim qol vurmaqdır. Bu oyun bizim daha ağır oldu. "Qəbələ" ilə oyunu müqayisə etsək, "Zirə" bizə daha çətin anlar yaşatdı. Bu oyun daha çətin keçdi.

 

- "Arsenal"la oyunda qolların ardını gətirə biləcəkən?

- Təbii ki, istəyirəm. Niyə də olmasın?! Fərqli rəqiblər və motivasiyalar olacaq. Bundan əlavə, daha yaxşı oynamağa məcburuq.

 

- "Qarabağ" digər 7 klubdan açıq-aşkar güclüdü. Hansı komandanı özünüzə rəqib görürsən?

- "Neftçi"ni hesab edirəm. Bizimlə eyni xala malikdirlər. Bizim oyun təqvimimiz daha çətindir. "Neftçi" də bundan istifadə etməyə çalışacaq.

 

- "Qəbələ"ni siyahıdan sildin?

- Məncə, əsas rəqib "Neftçi" görünür.

Xəbər xətti