Slavik Alxasov: "Qəbələ" ilə oyunda başqa şansımız yoxdur" MÜSAHİBƏ

11:39 - 27 Sentyabr 2018

"Keşlə"nin müdafiəçisi Slavik Alxasov Sportal.az saytına müsahibə verib.

 

- Keşlənin çempionatlarda 700-cü özünün isə 10-cu qolunu vurdun. Yubileylərə bağlı fikrin necədi?

- Bu, mənim üçün xoş haldı. Çünki klubun tarixinə keçdim. Buna çox sevinirəm.

 

- "Keşlə" tarixinin ən uğursuz günlərini yaşayır. Komandada qələbə qazanmaq üçün nə çatışmır?

- Komandada qələbə qazanmaq üçün hər şey var. Bütün gücümüzlə hazırlaşırıq. İstəyirik qələbələrimiz olsun. Təəssüf ki, 1 xalımız var. İnanıram ki, bu durumdan çıxa biləcəyik. Hələ ki, 5 tur keçib.

 

- Sezar Meza Kollinin gedişi özünü göstərir?

- Əlbəttə, Meza Kollinin yeri komandada görünür. Bunu hamı bilir. Futboldu, nə etmək olar? Yaxşı təklif aldı və ayrıldı.

 

- Bu tur "Qəbələ"nin qonağı olacaqsız. Qəbələdə "qara zolağ"dan çıxmağı bacara biləcəksiz?

- "Qəbələ" də bizim kimi "qara zolağ"a düşüb. Bizim səfərdə başqa şansımız, seçimimiz yoxdur. Qəbələdən yaxşı nəticə ilə qayıtmaq istəyirik.

Xəbər xətti