Milinkoviçin taleyinə Qəbələdə aydınlıq gələcək

16:35 - 27 Sentyabr 2018

Topaz Premyer Liqasında geridə qalan 5 turdan sonra "Keşlə" cəmi 1 xal toplayıb.

 

Avropa Liqasının I təsnifat mərhələsində "Baltsan"la ilk oyundakı rüsvayçı məğlubiyyətdən sonra Yuri Maksimov komandadan qaçdı. Onun əvəzinə gətirilən Mladen Milinkoviçlə "Keşlə" istədiyi nəticələri qazana bilmir.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, məşqçiləri əlcək kimi dəyişən paytaxt klubu serbiyalı mütəxəssisə bir oyunluq şans verib. Topaz Premyer Liqasının 6-cı turunda "Qəbələ" ilə səfər oyununda "Keşlə"nin uduzması 50 yaşlı çalışdırıcının istefasına səbəb olacaq.

 

Əgər bu, baş versə, onu komandanı daha yaxından tanıyan Zaur İsmayılov əvəzləyəcək.

Xəbər xətti