Bu gün Topaz Premyer Liqasında 6-cı tura start veriləcək.
Sportal.az xəbər verir ki, açılış matçında "Neftçi" "Səbail"i qəbul edəcək.
"Qarabağ" isə səfərdə Premyer Liqanın debütantı "Sabah"ın qonağı olacaq. Bu komandalar indiyədək heç bir rəsmi görüşdə üz-üzə gəlməyiblər.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.
29 sentyabr (şənbə)
18:55 “Neftçi” – “Səbail" - 4:0
Qollar: Dario Frederiko, 7, 42, Baqali Dabo, 25, 69
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Ramil Əhmədov
Hakim-inspektor: Kərim Ağayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Bakcell Arena”
20:50 “Sabah” – “Qarabağ” - 0:2
Qol: Miçel, 82, İnnosent Emeqara, 88
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Cəmil Quliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Murad Məmmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“Əlincə Arena”
saytlarin hazirlanmasi