Topaz Premyer Liqasında VI turunda “Qarabağ” səfərdə “Sabah”a 2:0 hesabı ilə qalib gəlib.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında “Sabah”ın baş məşqçisi Elşad Əhmədov oyunla bağlı fikirlərini bölüşüb:
- Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Bizdən üstündülər. Biz də bacardığımız qədər vuruşduq. Futbolçuların ən azı bir xallıq əziyyətləri vardı. Futbolçularımdan razıyam.
- “Sumqayıt”a 1:4 məğlub olduğunu oyun daha ağır idi, yoxsa bu?
- Hər iki komanda arasında fərq var. Əsas odur ki, “Qarabağ” ilk qolu vuranda çox sevinməyi məni təəccübləndirdi. Demək ki, 3 xalı itirdiyinə görə qorxurdular.
- Görünür ki, komanda bir futbolçudan aslıdı. Deviçin oyunu alınmayanda komandada da alınmır. Əsasən də komanda müdafiə olunur.
- Deviç komanda yoldaşlarından daha təcrübəlidi. Amma biz bir futbolçudan aslı deyilik. Hər bir oyunçumuzdan qol gözləyirik.
- Komandanız bir xeyli adlı-sanlı komandadan xal alıb. Bu, rəqiblərdən güclü olmağınızdan qaynaqlanır, yoxsa rəqibləriniz komandanızı ciddiyə almır?
- Məqsədimiz Premyer Liqada qalmaqdı. Sadəcə, heç kimə asan təslim olmaq fikrimiz yoxdu. “Qarabağ” və “Neftçi” kimi rəqiblərlə daha çox müdafiə olunmaq məcburiyyətində qalırıq.
saytlarin hazirlanmasi