Azərbaycanlı FIFA referisi hakimlikdən getdi

12:27 - 30 Sentyabr 2018

Yanvar ayından etibarən ən çox gündəmdə olan futbol adamlarımızdan biri Ömər Paşayevdir. Antalya toplanışından sonra səhhətində ciddi problemlər aşkarlanan Paşayev bir sıra ölkələrdə müalicə alsa da, bunun hələ ki müsbət təsiri yoxdur.

 

Düzdür, Paşayev müalicə almaqla yanaşı, oyunlara təyinat da alırdı. Hətta bir oyunda baş hakim funksiyasını yerinə yetirməli idi, amma son anda oyuna hazır olmadığı üçün Rəhim Həsənovla əvəzlənmişdi. 

 

Sportal.az saytı Futbol11.az-a istinadən xəbər verir ki, Paşayev vəziyyətin dözülməz olduğunu anlayıb. Gənc FİFA referisi yaxınlarda sədr təyin olunmuş Frits Stuxliklə danışıb. Vəziyyəti ona izah edən 30 yaşlı hakim qeyri-müəyyən müddətə karyerasına ara verdiyini açıqlayıb. Komitə sədri ona güvəndiyini, təyinatlar verəcəyini bildirsə də, fiziki və psixoloji cəhətdən hazır olmadığını deyən referi qərarında qəti olduğunu bildirib və hakimlikdən gedib.

 

Çox güman ki, federasiya FİFA hakimliyinə yeni referinin adını göndərəcək.

Xəbər xətti