Millimizin sabiq üzvü, son olaraq, "Səbail"də çıxış etmiş Vüqar Nadirovun yeni klubu məlum olub.
Sportal.az xəbər verir ki, 31 yaşlı hücumçu Region Liqasında mübarizə aparacaq "Bakı" klubu ilə anlaşıb. Nadirov artıq komandanın məşqlərinə qatılır.
Qeyd edək ki, Vüqar Nadirov karyerası ərzində “Qarabağ”, “Karvan”, “Masallı”, “Xəzər Lənkəran”, “Qəbələ”, “İnter”, "Səbail" kimi klublarda çıxış edib. Vüqar milli komandamızın heyətində 61 oyun keçirib.
saytlarin hazirlanmasi