"InStat” şirkəti Topaz Premyer Liqada 6-cı turun rəmzi komandasını açıqlayıb.
Sportal.az xəbər verir ki, rəmzi 11-likdə "Neftçi"ın 8 futbolçusu yer alıb. Siyahıdakı gigər 3 oyunçu isə “Qarabağ”, “Qəbələ” və “Sumqayıt”dandır.
Qapıçı: Səlahət Ağayev (“Neftçi”)
Müdafiəçilər: Məhəmməd Mirzəbəyov, Anton Krivotsyuk, Kiril Petrov, Tural Axundov (hamısı “Neftçi”)
Yarımmüdafiəçilər: Baqali Dabo, Dario Frederiko (hər ikisi “Neftçi”), Miçel Madera (“Qarabağ”), Cavid Hüseynov (“Qəbələ”)
Hücumçular: Mirabdulla Abbasov (“Neftçi”), Atilla Yıldırım (“Sumqayıt”).