Bu həftə Topaz Premyer Liqasında I dövrənin son turunun matçları keçiriləcək.
Milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsində VII turun 3 qarşılaşması baş tutacaq. Bu oyunlar eyni gündə təşkil olunacaq. Turun bir matçı – “Keşlə” – “Qarabağ” görüşü isə oktyabrın 31-də keçiriləcək.
Sportal.az xəbər verir ki, Peşəkar Futbol Liqasının rəsmi saytı dövrənin son turunda üz-üzə gələcək cütlərin ölkə çempionatları tarixindəki oyunlarının balansını təqdim edir.
Topaz Premyer Liqası
VII tur
05 oktyabr (cümə)
25. “Neftçi” – “Sabah” - indiyədək qarşılaşmayıblar
26. “Səbail” – “Sumqayıt” ” - 4 oyun, +1=1-2, top fərqi 2-4
“Sumqayıt” səfərdəki hər iki matçda qələbə qazanıb. Ümumiyyətlə bu görüşlərdə meydan sahibi olan tərəf qalib gəlməyib.
30.09.2017 Səbail (Bakı) - Sumqayıt 0:2
25.11.2017 Sumqayıt - Səbail (Bakı) 0:0
10.03.2018 Səbail (Bakı) - Sumqayıt 0:1
29.04.2018 Sumqayıt - Səbail (Bakı) 1:2
27. “Zirə” – “Qəbələ” ” - 12 oyn, +3=5-4, top fərqi 11-15
“Zirə” son 3 ev oyununda uduzmayıb. “Qəbələ” 10, paytaxt təmsilçisi 6 matçdır meydanı qolsuz tərk etmir.
25.10.2015 Qəbələ - Zirə (Bakı) 0:0
16.12.2015 Zirə (Bakı) - Qəbələ 1:0
13.03.2016 Qəbələ - Zirə (Bakı) 1:2
07.05.2016 Zirə (Bakı) - Qəbələ 0:3
25.09.2016 Zirə (Bakı) - Qəbələ 0:2
19.11.2016 Qəbələ - Zirə (Bakı) 1:0
12.02.2017 Zirə (Bakı) - Qəbələ 2:2
02.04.2017 Qəbələ - Zirə (Bakı) 1:1
09.09.2017 Qəbələ - Zirə (Bakı) 1:1
28.10.2017 Zirə (Bakı) - Qəbələ 2:1
17.02.2018 Qəbələ - Zirə (Bakı) 2:1
08.04.2018 Zirə (Bakı) - Qəbələ 1:1
saytlarin hazirlanmasi