"Qarabağ" "Arsenal"a məğlub oldu YENİLƏNİB

22:45 - 4 Oktyabr 2018

Bu gün Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, ölkəmizi turnirdə təmsil edən "Qarabağ" Bakıda İngiltərə nəhəngi "Arsenal"ı qəbul edib. Oyun qonaqların 3-0 hesablı qələbəsiylə yekunlaşıb.

 

Qrupun digər matçında "Sportinq" Ukraynada "Vorskla"nın qonağı olub və 2-1 hesablı qələbəyə sevinib.

 

Qrupa 6 xalla "Arsenal" başçılıq edir. Eyni xala malik olan "Sportinq" 2-cidir. "Vorskla" və "Qarabağ"ın aktivində xal yoxdur.

 

4 oktyabr

Avropa Liqası, E qrupu

 

20:55 "Qarabağ" (Azərbaycan) - "Arsenal" (İngiltərə) - 0:3

Qollar: Sokratis Papastatopulos, 4, Emil Smit-Rou, 53, Matteo Gündüzi, 80

Baş hakim: Davide Massa
Yan xətt hakimləri: Filippo Meli, Alessandro Kostanzo 
Dördüncü hakim: Fabiano Preti
Əlavə köməkçi hakimlər: Daniele Doveri, Mixael Fabbri
Hakim-inspektor: Nikolay Levnikov (Rusiya)

UEFA nümayəndəsi: İstvan Huşzar (Macarıstan)

Bakı. Bakı Olimpiya Stadionu.

Xəbər xətti