Bu gün Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, ölkəmizi turnirdə təmsil edən "Qarabağ" Bakıda İngiltərə nəhəngi "Arsenal"ı qəbul edib. Oyun qonaqların 3-0 hesablı qələbəsiylə yekunlaşıb.
Qrupun digər matçında "Sportinq" Ukraynada "Vorskla"nın qonağı olub və 2-1 hesablı qələbəyə sevinib.
Qrupa 6 xalla "Arsenal" başçılıq edir. Eyni xala malik olan "Sportinq" 2-cidir. "Vorskla" və "Qarabağ"ın aktivində xal yoxdur.
4 oktyabr
Avropa Liqası, E qrupu
"Qarabağ" (Azərbaycan) - "Arsenal" (İngiltərə) - 0:3
Qollar: Sokratis Papastatopulos, 4, Emil Smit-Rou, 53, Matteo Gündüzi, 80
saytlarin hazirlanmasi