Unai Emeri: "Qarabağ" bizə çox çətinliklər yaratdı"

23:49 - 4 Oktyabr 2018

“Arsenal”ın baş məşqçisi Unai Emeri Avropa Liqasının qrup mərhələsinin II turunda səfərdə “Qarabağ” üzərində 3-0 hesabı ilə qələbə qazandıqları oyundan sonra baş tutan mətbuat konfransında fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, ispan mütəxəssis öncə matçla bağlı danışı:

 

- Çətin qarşılaşma oldu. Bizim üçün hər oyun önəmlidir. Yaxşı komandaya qarşı oynadıq. “Qarabağ” bizə çox çətinliklər yaratdı, xüsusən də ilk hissədə. Kifayət qədər əziyyət çəkdik. Rəqibin yaxşı futbolçuları var. Komandanın mübarizəsini bəyəndim. Çətinliklərlə üz-üzə qalmağımıza baxmayaraq, öz gücümüzü ortaya qoyduq və lazım olan nəticəni qazandıq.

 

- Emil Smit-Rou əlinə düşən bəzi imkanlardan yararlana bilmədi. Oyundan sonra ona nə dediniz?

- Hər oyunçu hiss etməlidir ki, onlara şans verilir. Xüsusən də, akademiyanın yetirmələri. Emil həftə içi yaxşı məşq etmişdi, ona görə də meydanda idi. Ona dedim ki, daha yaxşı oynasaydı, qollar vura bilərdi.

 

- “Qarabağ” sizi nə ilə təəccübləndirə bildi?

- “Qarabağ”ın fərqli oyunlarını izləmişdik. Rəqib “Sportinq”ə qarşı yaxşı oynamışdı. Həmçinin, “Atletiko” Bakıdan qələbə ilə ayrıla bilməmişdi. Çalışdıq ki, “Qarabağ”a şans verməyək və rahat qələbə qazanaq.

Xəbər xətti