Avropa Liqasının qrup mərhələsinin II turunda "Arsenal" səfərdə "Qarabağ"a 3-0 hesabı ilə qalib gəldi.
Sportal.az xəbər verir ki, oyundan öncə "Arsenal" Bakı Olimpiya Stadionunda məşqə çıxan zaman peyda olan pişik böyük marağa səbəb olmuşdu. İki gün ərzində London klubunun sosial şəbəkə hesabında paylaşdığı stauslardan bir neçəsi bu heyvanla bağlı olub. Bu da azarkeşlərdə böyük marağa səbəb olub. Bunu nəzərə alan "topçular" həmin pişiyi Londona aparmağa qərar verib.
Sosial aləmdə kreativ layihələr üçün düşünülən pişik "Arsenal"ın yeni ulduzu kimi görünürdü. Ancaq oyun başa çatandan sonra pişik axtarılsa da, tapılmayıb. Hava limanına tələsən "Arsenal" Londona pişiklə dönə bilməyib.
Maraq üçün qeyd edək ki, ötən il Çempionlar Liqasının qrup mərhələsində "Beşiktaş" - "Bavariya" oyunu zamanı meydana pişik daxil olmuşdu. Münhen təmsilçisi hazırda həmin pişiklə uğurlu reklam layihələri hazırlayır.