Bolqarıstan futbolunun məşhur simalarından olan Valeri Bojinov qış fasiləsində karyerasını Azərbaycanda davam etdirə bilər.
Sportal.az xəbər verir ki, ölkəsinin "Botev" klubunda çıxış edən forvarda Rusiya, Qazaxıstan və Azərbaycan klublarından təkliflər var. 32 yaşlı hücumçunun yenidən legioner həyatı yaşamaq istədiyi vurğulanıb.
Bojinovun adı ötən mövsüm "Qəbələ" ilə hallanırdı, lakin bolqar forvard Çinin 2-ci liqa klubu “Meyçjou Haka” klubuna keçmişdi. Bojinov Çində 6 aya 1 milyon avro qazanmışdı.
Qeyd edək ki, Bolqarıstan millisinin sabiq üzvü karyerasını ərzində "Fiorentina", "Yuventus", "Mançester Siti", "Parma" və "Sportinq" kimi məşhur komandalarda forma geyinib.
saytlarin hazirlanmasi