Topaz Premyer Liqasının 7-ci turunda qeydə alınan azarkeş sayı bəlli olub.
Sportal.az xəbər verir ki, turun ilk görüşü "Dalğa Arena" "Zirə" və "Qəbələ" (1:0) arasında baş tutub. Bu qarşılaşmanı stadionda 400 nəfər izləyib.
"Bayıl Arena"da baş tutan "Səbail" - "Sumqayıt" oyununda (2:0) 500, "Neftçi" - "Sabah" qarşılaşmasında (2:0) isə 1000 azarkeş qeydə alınıb.
Beləliklə, Topaz Premyer Liqasının 7-ci turunu cəmi 1900 azarkeş izləyib. Bu isə hər oyuna orta hesabla, 633,3 fanat edir.
Turun "Keşlə" - "Qarabağ" oyunu isə oktyabrın 31-nə təxirə salınıb.
saytlarin hazirlanmasi