Mövsümə uğursuz start verən "Qəbələ"də səfərbərlikdi.
Sportal.az xəbər verir ki, uğursuz nəticələrin ardından baş məşqçi Sənan Qurbanovla yolların ayrılacağı, legionerlərin və bəzi əsas heyət üzvlərinin klubdan göndəriləcəyi xəbərləri yayılmışdı.
"Qırmızı-qaralar"ın rəhbərliyi Sənan Qurbanovla yolları davam etməyə qərar verib. Klub hansısa futbolçunun göndəriləcəyi ilə bağlı qərar verməyib və bu heyətlə qış fasiləsinə kimi yola davam ediləcək.
Qeyd edək ki, "Qəbələ" Premyer Liqanın turnir cədvəlində 7 turdan sonra 5 xalla 6-cı pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi