Samir Zərgərov futboldan getdi: "Həvəskarlar liqasında oynamaq istəmirəm"

12:18 - 8 Oktyabr 2018

Son olaraq, "Kəpəz"də çıxış edən Samir Zərgərov karyerasını başa vurub.

 

32 yaşlı yarımmüdafiəçi bu barədə Sportal.az-a verdiyi açıqlamada deyib. O, həvəsakarlar liqası və I Divizionda oynamaq niyyətində olmadığını deyib:

 

"Artıq karyeramı başa vurmuşam. Hər kəsin öz seçimi var. Mən həvəskarlar liqasında oynamaq istəmirəm".

 

Qeyd edək ki, Samir Zərgərov "Standard", "Kəpəz", "Qəbələ", "Simurq" və "Keşlə" kimi komandalarda çıxış edib. Zərgərov avrokuboklarda 15, U-21 millimizdə 6 oyun keçirib.

Xəbər xətti